Xəzər Xəbər

Saxta spirtli içkilər satanlar tutuldu

Hadisə | 14:24 • 29 Avqust 2020
Saxta spirtli içkilər satanlar tutuldu

Bakıda saxta spirtli içkilər satan şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A. Əhmədovu aldadaraq 550 manat dəyərində kustar üsulla hazırlanmış keyfiyyətsiz spirtli içkilər satması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R. Zairov, Sumqayıt şəhər sakinləri Ş. Hüseynov, V. Ağababayev, Z. Fərəcov və Gəncə şəhər sakini Z. Əsədov saxlanılıb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanıb.

Xəbər lenti