Xəzər Xəbər

Abşeronda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Hadisə | 17:11 • 28 Avqust 2020
Abşeronda dənizdə batan 25 yaşlı oğlanın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.


Xezerxeber.az FHN-in saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti