Xəzər Xəbər

Azərbaycanda ailə faciəsi: 9 yaşlı uşaq öldü, qardaşı isə...

Hadisə | 14:20 • 21 Avqust 2020
Azərbaycanda ailə faciəsi:

Avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində faciəvi hadisə baş verib.


XəzərXəbər xəbər verir ki, Bakı şəhər sakini V.Abbasov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub. Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdiriliblər.


Lakin Rüstəm orada ölüb.


Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti