Xəzər Xəbər

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Hadisə | 11:56 • 21 Avqust 2020
Gəncədə evlərdən oğurluq edən şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müxtəlif vaxtlarında şəhər  ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu ilin  aprel  ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 500 manat dəyərində televizor oğurlayıb. Bundan başqa Gəncə şəhər xəstəxanaların birindən 1 000 manat dəyərində kompyuter, 350 manat dəyərində printer və 1 790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2 300 manat dəyərində 2 ədəd televizor oğurlayıb.


Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində  R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq  oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib.


R.Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti