Xəzər Xəbər

Siyəzəndə mərmiyə oxşar predmet tapıldı

Hadisə | 10:36 • 21 Avqust 2020
Siyəzəndə mərmiyə oxşar predmet tapıldı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində yerləşən köhnə su kanalının yaxınlığında 1 ədəd mərmiyə oxşar predmetin tapılması barədə məlumat daxil olub.


ANAMA-dan bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.


Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Metal əşyanın ətrafında 800 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti