Xəzər Xəbər

Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edildi

Hadisə | 13:17 • 20 Avqust 2020
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edildi

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının  tələblərinə əsasən Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz və Qazaxıstan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə qarşılıqlı sorğular edilmişdir.


Baş Prokurorluğun Mətbuat Xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Əflatun Quliyevin – təkrarən tamah niyyətilə tanışı Elnur Talıbov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək Afət Qasımovaya xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli talamasına; Emin Qaraşovun – özgə əmlakını qəsdən məhv etməsinə və bununla da zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.


Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı sorğuları təmin edilməklə Əflatun Quliyev Azərbaycan Respublikasına, Emin Qaraşov isə Qazaxıstan Respublikasına ölkəmizin Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ekstradisiya edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti