Xəzər Xəbər

Diqqət! İmtahan gedir!

Hadisə | 11:35 • 20 Avqust 2020
Diqqət! İmtahan gedir!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.


XəzərXəbər xəbər verir ki, imtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edəcək.


İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1 516 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 1 966 nəzarətçi–müəllim, 170 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.


İştirakçıların imtahana tibbi maska ilə gəlməsi və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməsi təmin olunub.


Qeyd edək ki, DİM imtahanlarda 20 100 abituriyentin iştirakı nəzərdə tutulduğu barədə məlumat yayıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti