Xəzər Xəbər

"Lotu Quli"nin qatili həbs edildi

Hadisə | 10:12 • 20 Avqust 2020
"Lotu Quli"nin qatili həbs edildi

Xəbər verdiyimiz kimi Loti Quli ləqəbli kriminal avtoritet Nadir Səlifov Türkiyənin Antalya şəhərində öz yaxın adamı Xan Əhmədlinski ləqəbli kriminal şəxs tərəfindən qətlə yetirilib.


Onlar birlikdə yemək yeyərkən Xan Qulinin baş nahiyəsinə 4 güllə vurub və onu öldürüb, daha sonra qaçıb.


Bundan sonra türk polisi qatili Antaliya-Dənizli yolunda həbs edib.


Bildirilir ki, Nadir Səlifovun qətlini öyrənərək Antalyada xəstəxanaya toplaşan krimina aləm üzvlərindən də bəziləri saxlanılıb./Publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti