Xəzər Xəbər

Dövlət Vergi Xidməti kafe və restoran sahiblərinə müraciət etdi

Hadisə | 15:16 • 19 Avqust 2020
Dövlət Vergi Xidməti kafe və restoran sahiblərinə müraciət etdi

Fəaliyyətə başlayan bəzi restoran və kafelərdə ara məsafəsi gözlənilmir.


Bunu açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimov bildirib. Onun sözlərinə görə, bəzi obyektlərdə stollar qoyulmuş qaydalara uyğun yerləşdirilmir:


"Sahibkarlara müraciət edirik ki, onlar obyektlərini açmamışdan qabaq masaları qaydalara uyğun tənzimləsinlər. İstər obyekt sahibi, istərsə də orada işləyən digər şəxslər bütün məsələlərlə bağlı ciddi səy göstərməlidirlər. Bilirsiniz ki, ictimai iaşə obyektlərində virusa yoluxma daha yüksəkdir. Ona görə də, qoyulmuş qaydalar düzgün yerinə yetirilməlidir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti