Xəzər Xəbər

Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələndi

Hadisə | 15:05 • 18 Avqust 2020
Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələndi

Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib.


Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.


Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yas mərasiminin keçirilməsi dayandırılıb. Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon  polis şöbəsinə dəvət olunub.


Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra  hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibati cərimə tətbiq olunub.

Xəbər lenti