Xəzər Xəbər

BƏDBƏXT HADİSƏ: Atanı oğlunun evində "tok" vurub ÖLDÜRDÜ

Hadisə | 10:57 • 18 Avqust 2020
BƏDBƏXT HADİSƏ: Atanı oğlunun evində "tok" vurub ÖLDÜRDÜ

Lənkəran sakini bədbəxt hadisə nəticəsində ölüb.


XəzərXəbər xəbər verir ki, hadisə rayonun Şilavar kəndində qeydə alınıb.


Belə ki, orta yaşlı rayon sakini, Xeyrulla Qüdrət oğlu Əsədullayev oğlunun evində təmir aparan zaman onu elektrik cərəyanı vurub. O, hadisə yerində keçinib.


Faktla bağlı araşdırma aparılır. / "Qafqazinfo"

Xəbər lenti