Xəzər Xəbər

Mingəçevirdə vətəndaşların mobil telefonlarını ələ keçirən şəxs saxlanıldı

Hadisə | 11:53 • 17 Avqust 2020
Mingəçevirdə vətəndaşların mobil telefonlarını ələ keçirən şəxs saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir neçə şəhər sakini onlara məxsus mobil telefonların naməlum şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat veriblər.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu etməkdə şübhəli bilinən şəxsin Mingəçevir şəhər sakini Rəşad Məmmədli olduğu müəyyən edilərək, saxlanılıb.


O, 6 nəfərin etibarından sui-istifadə edərək, danışmaq adı ilə mobil telefonlarını alıb, geri qaytarmayıb. R.Məmmədli ifadəsində həmin telefonları sataraq əldə etdiyi pulu özü üçün xərclədiyini bildirib.


Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar