Xəzər Xəbər

Küsən ər-arvadları nazirlik barışdırdı

Hadisə | 16:17 • 15 Avqust 2020
Küsən ər-arvadları nazirlik barışdırdı

"Cari ilin 6 ayı ərzində isə 910 şəxs psixoloqla görüşüb və onların 166-sı arasında barışıq əldə olunub. Bugünkü gündə bir ailənin barışığına nail olmaq Ədliyyə Nazirliyi üçün böyük uğurdur" - Reyhan Kərimova.


"Nikahın pozulması öncələr cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmasa da, son zamanlar artıq boşanma faktlarının adi qarşılanmasının şahidi oluruq. Son zamanlar boşanmalardakı dinamika bizi də narahat edir. Biz beynəlxalq təcrübədə də belə olan hallarda məhkəmələrədək olan həlli yollarını izlədik. Beləcə, vətəndaş cəmiyyətləri ilə yanaşı, psixoloqlara da müraciət etdik. Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə və "ASAN Xidmət"dəki qeydiyyat şöbələrində psixoloqları da cəlb etdik. Bu qanunvericilikdə nəzərdə tutulmasa da, hazırda boşanma üçün müraciət edən şəxslərə ilk olaraq psixoloqla görüş təklif olunur. Lazım gəldikdə tərəflərlə ayrılıqda görüş olur, münaqişənin səbəbləri araşdırılır və tövsiyələr verilir. Müsbət haldır ki, belə olduqda onların bəziləri nikahın pozulmasından imtina edirlər".


Bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhan Kərimova deyib. Nazirlik rəsmisi bu xidmətin tamamilə pulsuz həyata keçirildiyini və ilk dəfə olaraq 2019-cu ildən bu yana boşanmaların dinamikasında azalmaların müşahidə edildiyini deyib. O, statistika haqda da məlumat verib: "2019-cu ildə 1538 boşanma ərizəsi qəbul olunub və onların 1264-ü psixoloqla söhbətə cəlb olunub və 456 cütlük arasında barışıq əldə olunmuşdur. Cari ilin 6 ayı ərzində isə 910 şəxs psixoloqla görüşüb və onların 166-sı arasında barışıq əldə olunub. Bugünkü gündə bir ailənin barışığına nail olmaq Ədliyyə Nazirliyi üçün böyük uğurdur".



Xəbər lenti