Xəzər Xəbər

Gömrükçülər bel çantasında marixuana aşkarladı

Hadisə | 13:13 • 14 Avqust 2020
Gömrükçülər bel çantasında marixuana aşkarladı

Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi "Man" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.


Bu barədə XəzərXəbər-ə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.


Məlumata görə, nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı sürücüyə məxsus bir ədəd qara rəngli bel çantasının içərisində olan astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamada, ümumi çəkisi 1 kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti