Xəzər Xəbər

Zaqatalada qəza: iki nəfər xəsarət alıb

Hadisə | 12:50 • 13 Avqust 2020
Zaqatalada qəza: iki nəfər xəsarət alıb

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. 


Hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olan "VAZ-2107 "və "VAZ-2103" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.


Hadisə şahidlərinin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağır olub.


Faktla bağlı araşdırma aparılır./Report

Rubrikanın digər xəbərləri

Xəbər lenti