Xəzər Xəbər

Gömrük külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

Hadisə | 13:38 • 11 Avqust 2020
Gömrük külli miqdarda siqaretin ölkəyə keçirilməsinin qarşısını alıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.


XəzərXəbər bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.


Məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda olan yorğanın içərisində və ayaqaltı örtüyünün altında cəmi 8 800 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti