Xəzər Xəbər

Qanunsuz olaraq Gürcüstana keçməyə çalışan 14 nəfər saxlanıldı: Yeddisi uşaqdır

Hadisə | 12:30 • 11 Avqust 2020
Qanunsuz olaraq Gürcüstana keçməyə çalışan 14 nəfər saxlanıldı:

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirilir.


DSX-dən verilən məlumata görə, 2020-ci ilin dünən saat 03:05 radələrində "Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.


Sərhəd zastavası dərhal "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən "Dayan” əmri verilib. Nəticədə, xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.


Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan yeddisinin azyaşlı olması nəzərə alınmaqla, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər.


Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti