Xəzər Xəbər

Kürdə batan tələbənin meyiti tapıldı

Hadisə | 16:06 • 7 Avqust 2020
Kürdə batan tələbənin meyiti tapıldı

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batan 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.


Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə bildiriblər ki, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

Xəbər lenti