Xəzər Xəbər

Restoranda zebra, maral, meymun saxlayan şəxsə göstəriş verildi

Hadisə | 15:24 • 7 Avqust 2020
Restoranda zebra, maral, meymun saxlayan şəxsə göstəriş verildi

İsmayıllı rayonu "Günəş Park" restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.


XəzərXəbər xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.


"Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2 000 manat məbləğində cərimə edilib. Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan "məcburi göstəriş” verilib”, - o deyib.


R.Bağırov qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtlı-vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

Rubrikanın digər xəbərləri

Kəlbəcərdə yük maşını aşıb
Kəlbəcərdə yük maşını aşıb ölən var
15:26 • 17 Mart 2024
Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
19:12 • 15 Mart 2024
Bakıda iki nəfər tonqala düşüb
Bakıda iki nəfər tonqala düşüb
11:33 • 13 Mart 2024
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb
Kart daxil etmədən bankomatlardan pul çıxarılıb FİLM KİMİ CİNAYƏT
09:35 • 13 Mart 2024
Polis əməkdaşları həlak olublar
Polis əməkdaşları həlak olublar
06:43 • 13 Mart 2024
Balakəndə bacısını bıçaqlayan şəxs
Balakəndə bacısını bıçaqlayan şəxs SAXLANILDI
09:40 • 12 Mart 2024

Xəbər lenti