Xəzər Xəbər

Bakıda ağır yol qəzası XƏSARƏT ALAN VAR

Hadisə | 09:11 • 7 Avqust 2020
Bakıda ağır yol qəzası

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.


Bu barədə XəzərXəbər-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.


Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Pirallahı rayonunda "Mercedes” və "Nissan” markalı iki minik avtomobili toqquşub.


Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Çox oxunanlar