Xəzər Xəbər

Bakıda evdən 5 000 manatlıq oğurluq olub

Hadisə | 15:14 • 6 Avqust 2020
Bakıda evdən 5 000 manatlıq oğurluq olub

Xətai polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.


Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 000 ABŞ dolları və 1 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.

Xəbər lenti