Xəzər Xəbər

Xızıda poçtdan oğurluq edən şəxs tutuldu

Hadisə | 14:13 • 3 Avqust 2020
Xızıda poçtdan oğurluq edən şəxs tutuldu

Xızıda poçtdan oğurluq edən şəxs tutulub.


Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.


Məlumata görə, Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08.02.2020-ci il tarixində "Azərpoçt" MMC-nin Xızı poçt filialının Giləzi poçt şöbəsinin binasına qanunsuz daxil olaraq orada olan seyfdən 1063 manat pul oğurlamış qəsəbə sakini Pərviz Ağazadə saxlanılıb.


İlkin dindirilmə zamanı həmin şəxs oğurluq hadisəsini gecə saatlarında törətdiyini etiraf edib.


P.Ağazadənin ətrafında aparılan tədbirlərə onun digər cinayət əməlinin üstü də açılıb.


Belə ki, həmin şəxsin cari ilin iyul ayının 17-də Gizəzi qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi sübuta yetirilib.


Faktlarla bağlı Xızı rayon polis şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti