Xəzər Xəbər

Yasamalda gölün ətrafında abadlıq işləri aparılır

Hadisə | 13:54 • 1 Avqust 2020
Yasamalda gölün ətrafında abadlıq işləri aparılır

"Yasamalda gölün ətrafında abadlaşdırma işini biz yox, İcra Hakimiyyəti aparıb. Bir daha bildirirəm ki, Bakının Yasamal rayonunda "Tri Korona” kimi tanınan binaların yaxınlığında, gölün ətrafında heç bir tikinti işi aparılmır".


XəzərXəbər xəbər verir ki, bunu ərazinin məxsus olduğu "Lake Residace" şirkətinin direktoru Çingiz Məhərrəmov APA-ya açıqlamasında deyib.


Ç. Məhərrəmov qeyd edib ki, son vaxtlar ərazi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Biz həmin ərazidə heç bir tikinti işi aparmamışıq. Belə bir fikrimiz də yoxdur. Ərazidə Yasamal rayon İcra Hakimiyyəti abadlıq işi aparıb, bir neçə gün ordakı məişət tullantılarını daşıtdırıb".


Şirkət rəhbəri vurğulayıb ki, mediada ərazi ilə bağlı yayılmış fotoşəkillər köhnədir: " Biz bununla bağlı araşdırma aparmışıq. Hansısa marağı olan şəxslər həm dövlət qurumlarına, həm də mediaya yalan məlumat verərək, guya ərazidə sahibkar tərəfindən tikinti aparıldığını qeyd ediblər. Halbuki belə tikintindən söhbət gedə bilməz. Bir daha media qurumlarından yalan məlumatlara inanmamağı, köhnə şəkilləri yaymamağı xahiş edirik".

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti