Xəzər Xəbər

Sumqayıtda yük maşını kişinin üstündən keçdi

Hadisə | 14:21 • 31 İyul 2020
Sumqayıtda yük maşını kişinin üstündən keçdi

Sumqayıt şəhərinin "Sumqayıt stansiyası" qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a bildirilib ki, hadisə iyulun 30-da qeydə alınıb.


Şəhər sakini M.Paşayev idarə etdiyi ZİL markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Rüstəmov orada ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti