Xəzər Xəbər

Bakıda üç maşın toqquşub, ölən var

Hadisə | 12:58 • 31 İyul 2020
Bakıda üç maşın toqquşub, ölən var

İyulun 30-da saat 23.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi "VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi "Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi "Opel” markalı avtomobillər toqquşub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a bildirilib ki, nəticədə "VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb.


Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti