Xəzər Xəbər

Ermənistanda koronavirusdan sağalanlar təkrar infeksiyaya yoluxurlar RƏSMİ AÇIQLAMA

Hadisə | 17:32 • 27 İyul 2020
Ermənistanda koronavirusdan sağalanlar təkrar infeksiyaya yoluxurlar

Ermənistanda COVID-19 xəstəliyinə qalib gələn şəxs yenidən infeksiyaya yoluxub.


Arsen Harutyunyan adlı şəxs özünün Feysbuk hesabında xəstəlikdən sağaldıqdan 40 gün sonra yenidən virusa yoluxduğunu yazıb.




"Əvvəlki yoluxmamdan təxminən 40 gün sonra, dünən yenidən COVID-19 diaqnozu qoyuldu. Bu dəfə ikitərəfli infiltrativ pnevmoniya diaqnozu qoyuldu. Son günlər təmasda olduğum bütün insanları özünütəcridə çağırıram. Mən özüm belə tezliklə ikinci dəfə yoluxmağıma inanmadım”, - o bildirib.



Ermənistan Səhiyyə Nazirliyi İctimaiyyətlə Əlaqələr Departamentinin mətbuat katibi Alina Nikoqosyan "Sputnik Ermənistan”a açıqlamasında bir nəfərin iki dəfə koronavirusa yoluxma ehtimalını istisna etməyib.


"Ermənistanda bütün dünyada olduğu kimi, COVID-19-a təkrar yoluxma hallarının araşdırılması davam edir”, - Nikoqosyan deyib.


O qeyd edib ki, bu günə qədər təkrar yoluxmanı təsdiqləyən və ya təkzib edən faktlar yoxdur. Mümkündür ki, xəstə tam sağalmayıb və buna görə də onun testi müsbət olub./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti