Xəzər Xəbər

Dünyada koronovirusa yoluxanlar və ölənlərin sayı açıqlanıb

Hadisə | 13:08 • 27 İyul 2020
Dünyada koronovirusa yoluxanlar və ölənlərin sayı açıqlanıb

Dünyada koronavirus xəstəliyindən sağalan insanların sayı 10 milyon nəfəri ötüb.


Xezerxeber.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün həm yoluxanların, həm də ölənlərin sayında azalma müşahidə olunub. Belə ki, iyulun 26-da dünyada koronavirus infeksiyasına 221 min 260 nəfər yoluxub, 4 min 303 nəfər həyatını itirib. Bir gün əvvəl isə yoluxanların sayı 257 min 805, ölənlərin sayı isə 5 min 689 nəfər təşkil edib.


Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 16 milyon 430 min 566 yoluxma və 652 min 434 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 10 milyon 56 min 288 xəstəsi sağalıb.


Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 56 min 130 nəfər. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 371 min 839 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yerləri tutan Braziliyada 2 milyon 419 min 901, Hindistanda 1 milyon 437 min 976, Rusiyada 818 min 120, Cənubi Afrika Respublikasında 445 min 433, Meksikada isə 390 min 516 nəfər koronavirusa yoluxub.


ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 149 min 849 nəfər. İlk beşliyə daxil olan Braziliyada 87 min 52, Böyük Britaniyada 45 min 752, Meksikada 43 min 680, İtaliyada isə 35 min 107 nəfər həyatını itirib.


Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan olunub.

Xəbər lenti