Xəzər Xəbər

Ukraynada yaralanan tələbələrin vəziyyəti ilə bağlı açıqlama

Hadisə | 12:58 • 27 İyul 2020
Ukraynada yaralanan tələbələrin vəziyyəti ilə bağlı açıqlama

Ukraynada açılmış atəş nəticəsində yaralanan azərbaycanlı tələbələrin vəziyyəti yaxşıdır.


Bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin müavini Elşad İbrahimov bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır:


"Bildiyimiz kimi bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbələrə atəş açılıb. Hadisə yerində 4 nəfər olub, onlardan ikisi ayağından yaralanıb. Hazırda vəziyyətləri yaxşıdır".


E.İbrahimov əlavə edib ki, diaspor Ukrayna hüquq mühafizə orqanlarından tələb edib ki, tezliklə istintaq yekunlaşdırılsın və hadisəni törədən şəxslər cəzalandırılsınlar. (Trend)

Xəbər lenti