Xəzər Xəbər

Bakıda evdən 15 min manatlıq oğurluq olub

Hadisə | 13:33 • 27 İyul 2020
Bakıda evdən 15 min manatlıq oğurluq olub

Bakıda mənzildən oğurluq olub.


Hadisə paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.


Bakı şəhər sakini Günay Əliyevanın mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 15 min manat dəyərində cehiz əşyaları oğurlayıblar.


Hadisə ilə bağlı polisə məlumat verilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti