Xəzər Xəbər

Paytaxtda qadına qarşı quldurluq edən Biləsuvar sakini saxlanılıb

Hadisə | 15:11 • 25 İyul 2020
Paytaxtda qadına qarşı quldurluq edən Biləsuvar sakini saxlanılıb

İyulun 22-də saat 21:00 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G.Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R.Əsədov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Faktla əlaqədar cinayət işi başlanıb, Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti