Xəzər Xəbər

Daşkəsəndə 2 tondan çox narkotik məhv edildi

Hadisə | 13:48 • 4 İyul 2020
Daşkəsəndə 2 tondan çox narkotik məhv edildi

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, ümumi çəkisi 2442 kq olan 8432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti