Cəlilabadın Əliqasımlı kənd sakini Tural Mehdiyev karantin qaydalarını pozduğu üçün Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Müəyyən edilib ki, o, həmin gün aldığı icazənin müddəti bitdikdən sonra yenidən dəfələrlə 8103-ə SMS göndərib.
Səkkiz dəfə ardıcıl göndərdiyi SMS-ə cavab gəlməməsinə rəğmən, Tural Mehdiyev yaşadığı yeri tərk edib və buna görə saxlanılıb.
Onun barəsində toplanılmış materiallar rayon məhkəməsinə göndərilib və T.Mehdiyev 10 sutka inzibati qaydada həbs edilib.