Xəzər Xəbər

Yasamalda motosiklet avtomobilə çırpıldı

Hadisə | 09:27 • 3 İyul 2020
Yasamalda motosiklet avtomobilə çırpıldı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

XəzərXəbər xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

 

1992-ci il təvəllüdlü Məmmədov Zaur Fərəc oğlu idarə etdiyi motosikletlə avtomobilə çırpılıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ incik sümüyünün sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır. ("Report”)

Xəbər lenti