Xəzər Xəbər

Taksi sürücüsündən müştəriyə qarşı ŞOK HƏRƏKƏT

Hadisə | 11:30 • 1 İyul 2020
Taksi sürücüsündən müştəriyə qarşı

Bakıda taksidə müştəri qarət edilib.


XəzərXəbər xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü R. Bəbişovu sərnişin olduğu taksinin sürücüsü döyərək mobil telefonunu və 45 manat pulunu quldurluq yolu ilə talayaıb.


Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Allahqulu Əzimov saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti