Xəzər Xəbər

Dəhşətli hadisə: Qonaq gəldiyi evdə dostunun başını kəsdi

Hadisə | 11:07 • 1 İyul 2020
Dəhşətli hadisə:

Bakıda dostunu öldürməyə cəhd etməkdə təqsirli bilinən Şahnəzər Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib.


Yaxın günlərdə məhkəmə başlanacaq.


İttihama görə, hadisə 2019-ci ilin sentyabrında Səbail rayonu, A.Məmmədov küçəsi ev 23 ünvanında baş verib.


Həmin vaxt əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Şahnəzər Məmmədov dostu, 1984-cü il təvəllüdlü Anar Qasımovun yaşadığı evə qonaq gəlib.


Onlar arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya çevrilib.


Bu zaman Şahnəzər Məmmədov dostu Anar Qasımovun boyun nahiyəsinə bıçaq zərbələri vurub.


Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.


Səbail rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Şahnəzər Məmmədovu saxlayıb.


İstintaq orqanı tərəfindən Şahnəzər Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti