Xəzər Xəbər

Bakıda oğurluq edən şəxslər tutulublar

Hadisə | 15:16 • 30 İyun 2020
Bakıda oğurluq edən şəxslər tutulublar

Bakıda oğurluqla məşğul olan şəxslər tutulublar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aprelin 22-də və mayın 8-də Binəqədi rayonu ərazisində bir avtomobildən pul, maqnitofon və vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Mehdiyev rayon polis idarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.


Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 25-də Bakı şəhər sakini olan R.Tarverdiyevin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ü.Qurbanov saxlanılıb.


Faktlarla bağlı tədqiqat davam edir.

Xəbər lenti