Xəzər Xəbər

Xaçmazda avtomobillər toqquşdu: Ölən var

Hadisə | 14:54 • 30 İyun 2020
Xaçmazda avtomobillər toqquşdu: Ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, iyunun 29-u saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi "QAZel" və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobillər toqquşub.

Nəticədə, VAZ-ın sürücüsü hadisə yerində ölüb.

Xəbər lenti