Xəzər Xəbər

Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalaraq öldü

Hadisə | 12:05 • 30 İyun 2020
Neftçalada iki yaşlı uşaq avtomobilin altında qalaraq öldü

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.


XəzərXəbər-in məlumatına görə, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus "QAZel" markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti