Xəzər Xəbər

Bakıda hamilə qadın koronavirusdan öldü

Hadisə | 14:14 • 29 İyun 2020
Bakıda hamilə qadın koronavirusdan öldü

Bakıda hamilə qadın koronavirusdan dünyasını dəyişib.

XəzərXəbər qafqazinfo-ya istinadənxəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. Bildirilib ki, doğuşdan sonra Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müalicəsi davam etdirilən qadın 10 günlük komadan sonra ayılmayıb.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, ananın vəziyyəti get-gedə ağırlaşdığına görə körpəni xilas etmək üçün təcili qeysəriyyə əməliyyatı olunub:

"Ana çox ağır "COVİD"li xəstə idi. Hazırda körpənin vəziyyəti ilk günlərdəki kimi çox ağırdır. Bətndə ananın vəziyyəti ilə bağlı oksigen azlığı keçirib. Bu səbəbdən, baş beyində ciddi zədələnmələr var. Müayinələrdə beyində qanama, beynin işemik zədələnməsi aşkarlanıb. İlk andan körpə ağciyərlərin süni tənəffüs cihazına bağlıdır. Hələ ki, cihazdan ayırmaq mümkün deyil. Bununla yanaşı, vaxtından erkən doğulmanın əlamətləri vəziyyətini daha da ağırlaşdırır.

Uşaqdan götürülmüş "COVİD-19" RP - PCR testi neqativdir. Sonrakı vəziyyəti ilə bağlı proqnoz vermək mümkün deyil, körpəni hər an itirə bilərik".

Qeyd edək ki, koronavirusdan dünyasının dəyişən qadının bir azyaşlı qızı da var.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar