Xəzər Xəbər

Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb

Hadisə | 14:02 • 29 İyun 2020
Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri görülür.

Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti