Xəzər Xəbər

Şirvanda vətəndaşlardan hədə-qorxu yolu ilə pul alan şəxs tutulub

Hadisə | 13:47 • 27 İyun 2020
Şirvanda vətəndaşlardan hədə-qorxu yolu ilə pul alan şəxs tutulub

2019-cu və 2020-ci illər ərzində Şirvan şəhər sakini E.Əmənov, barəsində rüsvayedici məlumatları yayacağı adı ilə hədələyib Şirvan şəhər sakinləri F.H-dan 680 manat, A.Ş-dan 650 manat, V.Ə-dən 200 manat, A.A-dan 390 manat və Bakı şəhər sakini E.Ə-dən 200 manat pul alıb.


Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əmənov tutulub.


Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə ) maddəsi ilə cinayət işi açılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti