Xəzər Xəbər

Qorxunc HADISƏ: Yeddi aylıq uşaq qazanda boğuldu

Hadisə | 17:03 • 26 İyun 2020
Qorxunc HADISƏ:

Rusiyanın Leninqrad vilayətində qorxunc hadisə baş verib.


Rusiya mətbuatı bildirir ki, iyunun 24-də polis bölməsinə kənd evlərinin birində mətbəxdə su qabının içində uşaq meyiti aşkarlandığına dair məlumat daxil olub.


Hadisə yerinə gələn polis uzunluğu 30 sm qazanın içərisində yeddi aylıq uşaq meyiti aşkarlayıb.


İlkin ehtimallara görə, uşaq boğulub, ancaq dəqiq ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.


Uşağın valideynləri Özbəkistandan Rusiyaya köçüblər. Uşağın 29 yaşlı atasının sözlərinə görə, o,tarlada işləyirdi, 23 yaşlı ana isə həmin vaxt oğlu ilə olub, lakin 10 dəqiqəlik çıxıb.


Hər iki şəxs saxlanılıb. Valideynlərin qeydiyyat problemi var, uşağın isə ancaq doğum haqqında şəhadətnaməsi olub.


Hadisə ilə bağlı istintaq başladılıb./Publika.az

Xəbər lenti