Xəzər Xəbər

Sumqayıtda mübahisə iki nəfərin ölümü ilə nəticələnib

Hadisə | 10:07 • 7 İyun 2020
 Sumqayıtda mübahisə iki nəfərin ölümü ilə nəticələnib

Sumqayıt şəhərində dünən axşam saatlarında gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə yekunlaşıb. Hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

İlkin məlumata görə, hadisə pul borcu üstündə baş verib. Şəhər sakini Namiq Rəhimov mübahisə zəminində 1988-ci il təvəllüdlü Zöhrab Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən Tofiq Qasımov isə bıçaqla N.Rəhimovu ürəyindən vurub. Nəticədə 1989-cu il təvəllüdlü N.Rəhimov da ölüb. Kimliyi məlum olmayan şəxs isə T.Qasımova kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.

31 yaşlı T.Qasımov xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasında verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti