Xəzər Xəbər

27 cinayətin üstü “isti izlər”lə açıldı

Hadisə | 17:52 • 6 İyun 2020
27 cinayətin üstü “isti izlər”lə açıldı

Ötən gün ərzində törədilmiş 27 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Xəbər lenti