Xəzər Xəbər

Şəmkirdə DƏHŞƏT: Kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırdı

Hadisə | 11:25 • 7 Aprel 2020
Şəmkirdə DƏHŞƏT:

Şəmkirdə kişi ailə münaqişəsi zəminində həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırıb.

APA xəbər verir ki, Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər.

Əks təqdirdə cinayətkar ailə üzvlərini evi yandıracağı ilə hədələyib.

Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin üç yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xilasedilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və dörd yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX briqadası ilə Bakı şəhərinə gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti