Xəzər Xəbər

Bakıda mənzildən 5 min manatlıq qızıl oğurlanıb

Hadisə | 13:26 • 6 Aprel 2020
Bakıda mənzildən 5 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildə 5 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti