Xəzər Xəbər

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Hadisə | 09:24 • 6 Aprel 2020
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildirilib ki, binanın üçüncü mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 kvadratmetr sahədə və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti