Xəzər Xəbər

Binəqədi sakinindən beş kiloqramdan artıq heroin müsadirə edilib

Hadisə | 13:09 • 4 Aprel 2020
Binəqədi sakinindən beş kiloqramdan artıq heroin müsadirə edilib

Keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş kiloqramdan artıq narkotik vasitə - heroin müsadirə edilib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əməliyyatçılar əvvəllər narkotik saxlamaqda ittiham olunan Binəqədi qəsəbəsinin sakini - 1977-ci il təvəllüdlüElman Əliyevi saxlayıblar. Axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb.

Evdə aparılan axtarış zamanı polislər satış üçün nəzərdə tutulan beş kiloqramdan artıq herointaparaq müsadirə edib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Xəbər lenti