Xəzər Xəbər

Paytaxt sakinindən iki kiloqramdan çox marixuana götürülüb

Hadisə | 17:45 • 1 Aprel 2020
Paytaxt sakinindən iki kiloqramdan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti