Xəzər Xəbər

Bəzi ərazilərdə yanğın baş verib

Hadisə | 09:25 • 27 Mart 2020
Bəzi ərazilərdə yanğın baş verib

Masallı rayonunun Lürən kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. 

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Binəqədi rayonunda "Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Pirallahı rayonunda isə "Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 130 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti